BSQ-yə Doğru Addım: 3 Fənn Üzrə Koordinasiya Görüşü və Qiymətləndirmə Modellərinin Müzakirəsi

Məktəbdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə Böyük Summativ Qiymətləndirmənin (BSQ) təşkili ilə əlaqədar müəllimlərlə görüş keçirildi.
Görüşün əsas məqsədi imtahanların düzgün, obyektiv və şəffaf şəkildə təşkili üçün fənn müəllimləri arasında koordinasiyanın gücləndirilməsi, qiymətləndirmə meyarlarının tam aydınlaşdırılması və şagirdlər üçün optimal mühitin yaradılması idi.
Görüş zamanı müəllimlərlə aşağıdakı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı:
• Proqram üzrə yekun mövzuların icra vəziyyəti;
• Qiymətləndirmə meyarlarının tətbiqi və şagirdlərin BSQ-yə psixoloji hazırlığı;
• BSQ-nin rəqəmsal və ya kağız formatda keçirilməsi ilə bağlı mümkün modellər;
• Qiymətləndirmə prosesində obyektivliyin təmin olunması və vaxtında sənədləşmənin aparılması.
• Hesabatlılıq
Müəllimlər həm mövcud təcrübələrini bölüşdülər, həm də tədris prosesində qarşılaşdıqları çətinliklər və təkliflərlə çıxış etdilər. Müzakirələrin sonunda hər fənn üzrə qiymətləndirmə strategiyasına dair razılaşdırılmış qərarlar qəbul olundu.