Kiçik yaşda böyük dəyərlər: Şagirdlər “Sehrli xalat”la zaman səyahətində

             “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbdə Milli Kino Gününə həsr olunmuş maraqlı tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə milli-mənəvi dəyərləri aşılayan, eyni zamanda onların estetik zövqünü formalaşdıran klassik Azərbaycan filmlərini tanıtmaq idi.

Bu münasibətlə ibtidai sinif şagirdləri üçün Azərbaycanın sevilən uşaq filmlərindən biri olan “Sehrli xalat” filminin nümayişi təşkil olundu. Şagirdlər bu filmlə təkcə əylənmədilər, həm də dürüstlük və dostluq kimi vacib dəyərlərin əhəmiyyətini dərk etdilər.

Film nümayişindən sonra şagirdlər öz təəssüratlarını bölüşdülər, onlara hansı obrazların daha çox təsir etdiyini və filmdəki hansı mesajları daha yaxşı anladıqlarını müzakirə etdilər. Müəllimlərin də iştirakı ilə keçirilən bu müzakirələr zamanı şagirdlər həm nitq bacarıqlarını inkişaf etdirdilər, həm də dəyərlərin gündəlik həyatdakı rolunu anlamağa çalışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi