Kiçik Akademiya

Kiçik Akademiyanın növbəti hesabatı baş tutub12 iyun 2019-cu il tarixində Kiçik Akademiyanın "Estetika" və "Təbiət elmləri" kafedrasının növbəti təqdimatı baş tutdu. Akademiya üzüvləri apardıqları araşdırmaları və əl işlərini təqdim etdilər. Öncə Məmmədova Fatimə Azərbaycan xəritəsi üzərində hazırladığı "Azərbaycan bölgələri" işini nümayiş etdirdi. O, bütün rayonlar üzrə araşdırma aparmış və hər bölgədə daha çox becərilən mədəni bitkilərdən xəritə üzərində kompozisiya hazırlamışdı. Daha sonra Fatimə "Universal bitki" kompozisiyasını təqdim etdi. 7"A" sinfinin şagirdləri "İtin sinir sistemi", "İtin qan-damar sistemi", "İtin tənəffüs sistemi" adı altında plastilindən hazırladıqları işi təqdim etdilər. Öz yaş kateqoriyalarına uyğun olaraq Məryəm, Ülvi, Mələk, Brilyant da öz əl işlərini nümayiş etdirdilər.

Ətraflı

Kiçik Akademiyanın növbəti hesabatıMəktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın kiçik üzvləri ilk praktiki işlərini təqdim etdilər . Belə ki , fevral ayında əkdikləri otaq bitkilərinin təqdimatını edən uşaqlar öz zəhmətləri hesabına yetişdirdikləri dibçək güllərini təqdim edərkən onlar haqqında mükəmməl məlumatlar da verdilər. Şagirdlər araşdırmaları zamanı daha fərqli otaq bitkilərinin olduğunu və növbəti aylarda onların yetişdirilməsi ilə məşğul olacaqlarını bildirdilər. Onlar otaq bitkilərindən bəzilərinin həyətdə də yetişdirməyi düşündüklərini və bu barədə planlı iş quracaqlarını bildirdilər.

Ətraflı

Kiçik Akademiyanın ilk hesabatıBŞTİ-nin 29.01.2019- cu il tarixli F 67 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbdə Kiçik Akademiya yaradılmışdır. Kiçik akademiyanın kafedraları təsis olunmuş , istedadlı şagirdlər oraya cəlb olunmuşdur. Kiçik Akademiyanın loqosu təsdiq olunmuşdur , strukturu müəyyən olunmuşdur. Məktəbdə beş kiçik akademiyanın beş kafedrası yaradılmışdır. Humanitar kafedra - Hüseynova Elnurə Təbiət - Həsənova Alimə Texniki - Cəfərli Zeynəb Sosial - iqtisadi - Yəhyayeva Nuranə Estetik - Yaqubəliyeva Humay May ayı ərzində kafedralar ilk hesabatlarını təqdim etmişlər. Biologiya kafedrası "Alkaqol", "Erkən nigahlar, onların statistikası və fəsadları" , "Zərərli vərdişlər" mövzuları üzrə , Humanitar kafedra "AXC yaranması və süqutu", "Ana dili milli varlığımızdır", "Bədii ədəbiyyatın nitqin inkişafında rolu" mövzuları üzrə təqdimatlar etmişdir. Estetika kafedrası isə məktəbdə "Valideynin bir Günü" layihəsi üçün iki sərgi hazırlamışdır.

Ətraflı
HAQQIMIZDA

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir...

BİZİM FƏXRLƏRİMİZ

Arzu Fərəcova

Dilbər Zamanlı Ariz

HAQQIMIZDA

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir...

BİZİM FƏXRLƏRİMİZ

Arzu Fərəcova

Dilbər Zamanlı Ariz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi