Virtual Məktəb portalında onlayn iclas keçirildi

23 aprel 2020-ci il tarixində məktəbin pedoqoji kollektivi ilə növbəti onlayn iclas təşkil olundu. Onlayn iclas Virtual Məktəb portalında keçirildi. İclasda Microsoft Teams proqramından istifadə qaydaları izah olundu. Eyni zamanda müəllimlərə virtual.edu.az protalı ilə bağlı lazımı təlimatlar verildi. Müzakirə əsnasında müəllimləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin riyaziyyat müəllimi Bayramov Vahid addım-addım virtual.edu.az da müəllimlərin görəcəyi işləri izah etdi.