Mərhəmət və Təbiətə Sevgi Uşaqların Gözü ilə

Azərbaycan Respublikası Hökumətinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına dair 5-ci və 6-cı dövrü məruzəsi əsasında verilmiş tövsiyələrə uyğun olaraq, uşaqlarda mərhəmət, sevgi, məsuliyyət və empatiya hisslərinin inkişaf etdirilməsi məqsədilə məktəbimizdə maarifləndirici və yaradıcı tədbirlər həyata keçirilir.

Bu məqsədlə məktəbimizin psixoloqu Gülçin Sadıqova tərəfindən aşağıdakı istiqamətlər üzrə silsilə fəaliyyətlər təşkil olunmuşdur:

1. Maarifləndirici seminar:

“Uşaqlarda mərhəmət və məsuliyyət hissinin inkişafında heyvanların rolu” mövzusunda keçirilən seminar zamanı şagirdlərə təbiətə və heyvanlara qarşı doğru münasibətin vacibliyi aşılandı. Onlarda mərhəmət, empatiya və diqqət mədəniyyəti barədə fikirlər formalaşdırıldı.

2. Foto sərgi – “Mərhəmət və məsuliyyət evdən başlayır”:

Seminarın davamı olaraq, uşaqlardan evdə qayğı göstərdikləri heyvanlarla bağlı fotolar çəkmələri və təqdim etmələri istənildi. Şagirdlərin təqdim etdiyi bu şəkillər sərgi formasında nümayiş etdirildi və onların canlılara qarşı nə qədər sevgi dolu olduqlarının əyani sübutuna çevrildi.

3. Əlişləri və rəsmlər – “Təbiətə sevgi uşaqların gözü ilə”:

Psixoloqumuz tərəfindən verilən digər tapşırıq çərçivəsində uşaqlar “Sən təbiəti necə görürsən?” mövzusunda əlişləri və rəsmlər hazırladılar. Bu işlər onların yaradıcılıq qabiliyyətini, təbiətə olan bağlılıqlarını və fərdi düşüncələrini ifadə etmək imkanı yaratdı.

Hazırda şagirdlərin əl işlərindən ibarət yaradıcılıq stendi məktəbdə nümayiş etdirilir və bütün siniflərin onu izləməsi, rəy bildirməsi təmin olunmuşdur.

Bu tədbirlər sayəsində uşaqlar təkcə öyrənmədilər, həm də hiss etdilər, düşündülər, yaratdılar. Onların içindəki sevgi, mərhəmət və məsuliyyət toxumları bu cür fəaliyyətlər vasitəsilə böyüməyə davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi