Kiçik Akademiya

“Kiçik Akademiya” təqdimatları adlı rayon konfransları keçirildi“Kiçik Akademiya” təqdimatları adlı rayon konfransları keçirildi Hər tədris ilinin sonunda məktəblərin Kiçik Akademiyalarının hesabat tədbiri təşkil olunur. 2022 - 2023 - cü tədris ilinin rayon tədbiri 83 nömrəli məktəb - liseydə baş tutdu. 33 məktəbin şagirdi Kiçik Akademiya nəzdində gördüyü işlərdən bir nümünə təqdim etdilər. Məktəbimizin 8 b sinif şagirdi Məmmədzadə Fatimə bu konfransda " Sosial şəbəkələrdə necə davranaq " adlı layihə təklifi ilə çıxış etdi. SMK - 298 klubunun təşkili ilə bağlı olan layihə təklifi konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Məktəbimizdə artıq bir neçə ildir ki , Kiçik Akademita fəaliyyət göstərir. Kiçik Akademiyanın üzvləri kafedralar üzrə hər ilin sonu hesabatlar verir və görülmüş işlər dəyərləndirilir .

Ətraflı

Kiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıbKiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıb. Məktəbin coğrafiya müəllimi Rzazadə TuqaY öz komandası ilə birgə Gənc İqlim Çempionları müsabiqəsinə qatılıb. Müsabiqə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri arasında keçirilirdi.Kiçik Akademiya üzvlərinin bina evlərinin zirzəmisinə quraşdırılması düşünülmüş karbon qazının miqdarının azaldılmasına xidmət edən qurğu layihəsi maraqla qarşılanıb və ən yaradıcı və təsiredici müraciətlərdən biri kimi dəyərləndirilərək onluğa düşüb. Müsabiqənin bağlanış mərasimində məktəbin coğrafiya müəllimi Tuqay Rzazadə ilə yanaşı , kiçik akademiya üzvləri Aysel Davidova, Nuray Bağırova, Əli Mammadov iştirak etdilər və sertifikat aldılar.

Ətraflı

Kiçik Akademiyanın üzvü qalib olubElm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilən “Gələcəyin mühəndisi” IV Respublika müsabiqəsinin 2022-ci il 16 dekabr tarixində qalibləri elan edilib. Məktəbdə bu müsabiqənin keçirilməsi Kiçik Akademiya üzvləri tərəfindən təşkil olunub. Müsabiqənin əsasnaməsinə uyğun olaraq məktəbin fizika müəllimi Edilya Mustafayevanın rəhbərliyi ilə Şamaxı rəsədxanasının üzvləri seminar keçiriblər. Daha sonra şagirdlər sərgi hazırlayıb və işlərini təqdim ediblər. Bu işlər içərisindən Hacıyeva Dənizin maketi birinci yerə layiq görülüb və müsabiqəyə göndərilib. Müsabiqənin nəticələrinə görə şagirdimiz ikinci yerə layiq görülüb. Kiçik Akademiyanın üzvləri bu uğurlu nəticəni qeyd edib və Dənizə daha böyük uğurlar arzulayıblar.

Ətraflı

Kiçik Akademiyanın növbəti təqdimatı keçirilibKiçik Akademiyanın texniki bölməsinin üzvləri tərəfindən Astranomiyanı necə anlayırıq mövzusunda təqdimat keçirilib

Ətraflı

Kiçik Akademiyanın növbəti təqdimatıKiçik Akademiyanın Humanitar bölməsinin üzvləri tərəfindən əl işlərindən ibarət sərgi təşkil olunub. Onlar sərgidə Qarabağın mütəlif abidələrini əks etdirən əl işləri nümayış etdiriblər.

Ətraflı

Məntiq"Kiçik Akademiya" nəzdində maraqlı işlərimiz davam edir. 28.04.2021-ci il tarixdə məktəbimizdə IV-V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq yarışı təşkil edildi. Yarış Virtual Məktəb platformasında həyata keçirildi. Şagirdlər 20 suallıq test tapşırığını açıq kameta qarşısında həll etdilər. Məqsəd cari tədris ilində Lütfi Zadə adına məntiq olimpiadasının şəhər mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək, növbəti tədris ilində məntiq olimpiadasında iştirak edəcək şagirdlər yetişdirməkdən ibarətdir. Ən yüksək nəticə göstərən 6 şagird 05.05.2021-ci il tarixdə məntiq olimpiadasının şəhər mərhələsində iştirak edəcək. Seçilmiş şagirdlər üçün məktəbin riyaziyyat müəllimi, "Kiçik Akademiya"nın prezidenti Sahibə Vəlizadə tərəfindən əlavə məntiq dərsləri təşkil olunmuşdur. 03.05.2021-ci il tarixdə həmin şagirdlər üçün distant şəkildə məntiq sınağı təşkil olundu.

Ətraflı

Məntiq yarışmasıMəntiq yarışmasının birinci mərhələsi keçirildi Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə məktəbimizdə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının 1-ci bəndinə əsasən 28 aprel 2021 -ci il tarixində məktəbin 4-cü və 5-ci sinif şagirdləri arasında gənc müəllim Sahibə Vəlizadənin təşkilatçılığı ilə məntiq yarışmasının birinci mərhələsi keçirildi. Yarışmaya qatılan şagirdlər virtual məktəb platformasında onlara təqdim olunan məntiq testini cavablandırdılar. Yüksək nəticə göstərənlər ikinci - final mərhələsinə keçid aldılar. #LütfiZadə100 #məktəb298 #bakıməktəbləri

Ətraflı
HAQQIMIZDA

1959-cu ildə Biləcəri qəsəbəsində ilk tipik məktəb layihəsinə uyğun  tikilmiş məktəb 324 yerlikdir.Ərazidə evakuasiya ü&cced...

BİZİM FƏXRLƏRİMİZ

MİRFAİQ Rəhimli Fuad

Sona Yolçuyeva Yaşar

HAQQIMIZDA

1959-cu ildə Biləcəri qəsəbəsində ilk tipik məktəb layihəsinə uyğun  tikilmiş məktəb 324 yerlikdir.Ərazidə evakuasiya ü&cced...

BİZİM FƏXRLƏRİMİZ

MİRFAİQ Rəhimli Fuad

Sona Yolçuyeva Yaşar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi