Kiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıb

Kiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıb. Məktəbin coğrafiya müəllimi Rzazadə TuqaY öz komandası ilə birgə Gənc İqlim Çempionları müsabiqəsinə qatılıb. Müsabiqə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri arasında keçirilirdi.Kiçik Akademiya üzvlərinin bina evlərinin zirzəmisinə quraşdırılması düşünülmüş karbon qazının miqdarının azaldılmasına xidmət edən qurğu layihəsi maraqla qarşılanıb və ən yaradıcı və təsiredici müraciətlərdən biri kimi dəyərləndirilərək onluğa düşüb. Müsabiqənin bağlanış mərasimində məktəbin coğrafiya müəllimi Tuqay Rzazadə ilə yanaşı , kiçik akademiya üzvləri Aysel Davidova, Nuray Bağırova, Əli Mammadov iştirak etdilər və sertifikat aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi