Məntiq

"Kiçik Akademiya" nəzdində maraqlı işlərimiz davam edir. 28.04.2021-ci il tarixdə məktəbimizdə IV-V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq yarışı təşkil edildi. Yarış Virtual Məktəb platformasında həyata keçirildi. Şagirdlər 20 suallıq test tapşırığını açıq kameta qarşısında həll etdilər. Məqsəd cari tədris ilində Lütfi Zadə adına məntiq olimpiadasının şəhər mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək, növbəti tədris ilində məntiq olimpiadasında iştirak edəcək şagirdlər yetişdirməkdən ibarətdir. Ən yüksək nəticə göstərən 6 şagird 05.05.2021-ci il tarixdə məntiq olimpiadasının şəhər mərhələsində iştirak edəcək. Seçilmiş şagirdlər üçün məktəbin riyaziyyat müəllimi, "Kiçik Akademiya"nın prezidenti Sahibə Vəlizadə tərəfindən əlavə məntiq dərsləri təşkil olunmuşdur. 03.05.2021-ci il tarixdə həmin şagirdlər üçün distant şəkildə məntiq sınağı təşkil olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi