HAQQIMIZDA

1959-cu ildə Biləcəri qəsəbəsində ilk tipik məktəb layihəsinə uyğun  tikilmiş məktəb 324 yerlikdir.Ərazidə evakuasiya üçün nəzərdə tutulmuş  zirzəmiyə malik  bu yeganə məktəb  binası 2014-cü ildə əsaslı təmir edilib.Fizika,kimya,biologiya və iki informatika otağı ən müasir avadanlıqlarla təmin olunmuş məktəb iki növbədə,altı günlük iş rejimi ilə işləyir.Hal-hazırda məktəbdə 1141 şagird təhsil alır.Onların  təlim-tərbiyəsi ilə 71 nəfər müəllim məşğul olur.

Məzunlar arasında məşhur hərbiçilər,idman ustaları,çempionlar,bəstəkarlar,musiqiçilər,600-dən yuxarı bal toplayanlar vardır.

Bütün bunlarla yanaşı məktəbin qürur mənbəyi vətənpərvər oğulları,canlarını vətən,onun azadlığı və suverenliyi üçün qurban vermiş şəhidləri,qaziləri, döyüşçüləri var.Məktəb foyesində məğrur baxışları ilə şagird və müəllim kollektivinə hər gün vətəndaşlıq dərsi keçən 10 şəhidin fotosu dayanır.Onlar bu məktəbin məzunlarıdırlar.8 nəfəri, o cümlədən adı  məktəbimizə verilən İlqar Məmmədov, qadın şəhidimiz Nərgiz Şərifova,Etibar Nəcəfov,Fərhad Bağırov, Qamət Abbasov, İntiqam Mahmudov,  Seymur Məmmədov, Arzuman Orucov I Qarabağ müharibəsində, Murad Vəliyev və Elvin Bayramov isə II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Məşhur bəstəkar Azərbaycan Xalq Artisti Sərdar Fərəcov,tarzən Azərbaycan Xalq Artisti Möhlət Müslümov,General Qorxmaz Qarayev də məktəbin məzunları sırasındadırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi