AMO 2024 qaliblərinin mükafatlandırma tədbiri keçirilib16.02.2025–ci il tarixində Bakı Ali Neft məktəbində AMO riyaziyyat olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Məktəbin 3 ç sinif şagirdi Əsgərova Safiya qızıl medal, 3 b sinif şagirdi Əsgərov Yusif gümüş medal qazanmışdır. Bundan başqa
Tunar Hüseynzadə ( 3a ), Amina Əsgərova (3ç ), Mələk Əliyeva (4c) həvəsləndirici yerə layiq görülmüşdür. Şagirdlərimizi, onların müəllimlərini və valideyinlərini ürəkdən təbrik edirik və daha böyük uğurlar arzulayırıq.
Məktəbin məzunu Fərəcova-Cabbarova Humaya sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilibAzərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06.12.2024-cü il tarixli qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Humaya gələcək işlərində uğurlar arzulayırıq.Humayın atası, məktəbimizin məzunu, Korifey bəstəkarımız Sərdar Fərəcovu və Humayın anası, məktəbin ingilis dili müəllimi Elmira Fərəcovanı qızlarının uğuru münasibəti ilə təbrik edirik.
Balaca Dahinin Böyük Uğurları: Mələk ƏliyevaUşaqların uğuru hər bir valideyn və müəllim üçün ən böyük qürur mənbəyidir. Bu gün sizə riyaziyyat sahəsində parlayan gənc istedad məktəbin 4 c sinif şagirdi Mələk Əliyeva haqqında danışmaq istəyirik. O, hələ ibtidai sinifdə oxumasına baxmayaraq, artıq beynəlxalq səviyyədə nailiyyətlər əldə edərək adını olimpiada qalibləri arasına yazdırıb.
Mələk Əliyeva, riyaziyyata olan marağı və yüksək intellekti sayəsində bir neçə nüfuzlu beynəlxalq riyaziyyat olimpiadasında iştirak edərək Bürünc Medal və Bürünc Şərəf Mükafatı qazanıb. Onun uğurları arasında:
Copernicus Riyaziyyat Olimpiadası – Bürünc Medal
Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası (SASMO) – Bürünc Mükafat
Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası (AIMO) – Bürünc Şərəf Mükafatı
Bu uğurlar Mələyin riyaziyyat sahəsində üstün bacarıqlarını, məntiqli düşünmə qabiliyyətini və çalışqanlığını göstərir. Onun nailiyyətləri təkcə fərdi uğur deyil, həm də Azərbaycan məktəblərinin keyfiyyətinin və istedadlı uşaqların yetişdirilməsinin sübutudur.
Mələyə uğurlar arzulayır, daha böyük nailiyyətlər qazanmasını diləyirik!