3a sinif şagirdi Məmmədova Zərrubə qalib olub3a sinif şagirdi Məmmədova Zərrubə Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş KWU-WFKF Birliyinin kyokuşinkay karate üzrə şimal açıq turnirində iştirak edib və qalib olub.Belə ki,Zərrubə 10-11 yaş aralığı 40 kq çəki dərəcəsində 2-ci yerə layiq görülmüşdür.
Şagirdimiz 4c sinif şagirdi Həsənli Pərviz kyokuşinkay karate üzrə qalib olubMəktəbin 4c sinif şagirdi Həsənli Pərviz Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş KWU-WFKF Birliyinin kyokuşinkay karate üzrə şimal açıq turnirində iştirak edib və qalib olub. Belə ki, həmin turnirdə Pərviz 8-9 yaş aralığı,35 kq çəki dərəcəsində 2-ci layiq görülmüşdür.
Şagirdlərimiz qalib olubMəktəbin 9 b sinif şagirdləri Cəfərli Leyla və İsmayılova Xədicə CAMBRIDGE ENGLISH əsaslıBEYNƏLXALQ "WILLIAM SHAKESPEARE" İNGİLİS DİLİ OLİMPİADASında iştirak edərək qalib olublar Belə k, Xədicə 4-cü yerə Leyla isə 3-cü yerə layiq görülmuşdür.
Qeyd etmək istəyirik ki, bu olimpiada Cambrdige University tərəfindən təsis edilmiş Beynəlxalq Səviyyəli Cambridge English proqramı əsasında təşkil edilir. Hər il minlərlə şagird Cambridge English proqramı əsasında hazırlaşır və bütün dünya tərəfindən qəbul edilmiş Beynəlxalq Səviyyəli Cambridge English kavilifikasiyaları üzrə imtahanda iştirak edib sertifikat əldə edirlər.Bu sertifikat şagirdlərin gələcək karyeralarına, dil biliklərinə, xarici universitetlərə qəbuluna bir başa dəstək verir.Olimpiada şagirdlərin ingilis dilinə olan maraqlarını artırır və daha maraqlı üsullarla bilik sahibi olmasına dəstək olur.