Məntiq yarışması

Məntiq yarışmasının birinci mərhələsi keçirildi Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə məktəbimizdə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının 1-ci bəndinə əsasən 28 aprel 2021 -ci il tarixində məktəbin 4-cü və 5-ci sinif şagirdləri arasında gənc müəllim Sahibə Vəlizadənin təşkilatçılığı ilə məntiq yarışmasının birinci mərhələsi keçirildi. Yarışmaya qatılan şagirdlər virtual məktəb platformasında onlara təqdim olunan məntiq testini cavablandırdılar. Yüksək nəticə göstərənlər ikinci - final mərhələsinə keçid aldılar. #LütfiZadə100 #məktəb298 #bakıməktəbləri
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi