Kiçik Akademiyanın üzvü qalib olub

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə keçirilən “Gələcəyin mühəndisi” IV Respublika müsabiqəsinin 2022-ci il 16 dekabr tarixində qalibləri elan edilib. Məktəbdə bu müsabiqənin keçirilməsi Kiçik Akademiya üzvləri tərəfindən təşkil olunub. Müsabiqənin əsasnaməsinə uyğun olaraq məktəbin fizika müəllimi Edilya Mustafayevanın rəhbərliyi ilə Şamaxı rəsədxanasının üzvləri seminar keçiriblər. Daha sonra şagirdlər sərgi hazırlayıb və işlərini təqdim ediblər. Bu işlər içərisindən Hacıyeva Dənizin maketi birinci yerə layiq görülüb və müsabiqəyə göndərilib. Müsabiqənin nəticələrinə görə şagirdimiz ikinci yerə layiq görülüb. Kiçik Akademiyanın üzvləri bu uğurlu nəticəni qeyd edib və Dənizə daha böyük uğurlar arzulayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi