28 May – Müstəqillik Günü həsr olunmuş dərs

Sinif: 3B
Müəllim: Mehriban Salmanova
Tarix: 27 may
Dərsin Mövzusu: 28 May – Müstəqillik Günü
Dərsin Tipi: İnteqrativ (tarix, vətənpərvərlik, ədəbiyyat)
Dərsin Məqsədi:
Şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat vermək;
Şagirdlərdə vətənə sevgi, azadlıq və müstəqillik duyğularını aşılamaq;
Milli-mənəvi dəyərlərə hörmət hissi formalaşdırmaq.
Dərsin Gedişi:
Müəllim dərsə Azərbaycan bayrağı və Cümhuriyyətə aid rəmzlərlə bəzədilmiş sinif otağı ilə başlayır.
Uşaqlara "Sizcə azadlıq nədir?" sualı verilir və şagirdlərin fikirləri dilənir
1918-ci il 28 May tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında qısa məlumat;
Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikri izah olunur;
Cümhuriyyət qurucularının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilir.
Müxtəlif tapşırıqlar yerinə yetirilir (testlər, sual-cavab, mini-viktorina).
Müəllim dərsi ümumiləşdirərək vurğulayır:
“Bizim azadlığımız qurbanların və mübarizələrin nəticəsidir. Ona görə də müstəqilliyimizi qorumalı və onu qiymətləndirməliyik.”
Ev Tapşırığı
“Müstəqillik nə deməkdir?” mövzusunda 5 cümlədən ibarət yazı yazmaq.
Cümhuriyyət liderlərindən biri haqqında kiçik təqdimat hazırlamaq (istəyə bağlı).