28 May – Respublika Günü münasibətilə xüsusi dərslər keçirildi!

Şagirdlər bu günün tarixi əhəmiyyətini dərk etdilər, oxuyub-anlama mətnləri üzərində işlədilər, müstəqilliklə bağlı aforizmlərini müzakirə etdilər.
Dərsin ən təsirli hissəsi isə uşaqların öz qəlblərindən gələn şeirləri səsləndirməsi və Vətən haqqında duyğularını bölüşməsi oldu. Hər bir şagird bu günə öz töhfəsini verdi.
Bu dərslər onlarda vətənə sevgi, tarixi dəyərlərə hörmət və milli qürur hissini daha da gücləndirdi.
Bayrağımız daim zirvədə dalğalansın!
Yaşasın müstəqil Azərbaycan!