Mərhəmət və məsuliyyət evdən başlayır

Azərbaycan Respublikası Hökumətinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına dair 5-ci və 6-cı birgə dövrü məruzəsi əsasında qəbul olunmuş tövsiyələrə uyğun olaraq, uşaqlarda mərhəmət, sevgi, məsuliyyət və empatiya hisslərinin formalaşdırılması istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi məqsədilə məktəbimizdə silsilə tədbirlər təşkil olunur.
Bu çərçivədə məktəbimizin psixoloqu Gülçin Sadıqova tərəfindən “Uşaqlarda mərhəmət və məsuliyyət hissinin inkişafında heyvanların rolu” mövzusunda seminar keçirildi. Seminarın əsas məqsədi uşaqlarda təbiətə və canlılara qarşı sevgi ruhunda tərbiyənin gücləndirilməsi, onların şəxsiyyət kimi daha sağlam formalaşmasına dəstək vermək idi.
Seminar zamanı şagirdlərə evdə qayğı göstərdikləri ev heyvanı ilə birgə fotoşəkil çəkib təqdim etmələri tapşırıldı. Bu tapşırıq uşaqlarda sadəcə sevgi və mərhəmət hisslərini deyil, eyni zamanda məsuliyyət duyğusunu da stimullaşdırmaq məqsədi daşıyırdı. Hər bir şagirdin öz ev heyvanına göstərdiyi qayğı onların nə qədər duyğulu və məsuliyyətli böyüdüyünün bariz nümunəsidir.
Aşağıda paylaşdığımız bu fotolar uşaqların can dostları ilə olan münasibətlərinin səmimiliyini və sevgi dolu dünyalarını əks etdirir.
Unutmayaq: mərhəmətli və qayğıkeş cəmiyyət uşaqlıqdan formalaşır!