Dərs dinləmələr davam edir

Dərs dinləmələr davam edir

Sinif: 9B

Fənn: Fizika

Müəllim: Mustafayeva Edilya

Mövzu: Cərəyanlı düz naqilin maqnit induksiyası

Müəllim dərsə başlamazdan əvvəl davamiyyəti yoxladı. Müəllim aşağı sinif bilik və bacarıqlarına istinadən sinfə aşağıdakı suallar ünvanladı:

Elektrik cərəyanının hansı təsirləri var?

Elektrik cərəyanının maqnit təsirini necə aşkar edə bilərik?

Cərəyanın maqnit təsiri nədən asılıdır?

Cərəryanın düz naqilin maqnit sahəsinin induksiya xətlərinin istiqamətini necə müəyyənləşdirə bilərik?

Şagirdlər sualları cavablandırandan sonra müəllim yeni mövzunu izah edir. İzah verdikcə sinfə suallar ünvanlayır, şagirdlər fikirlərini söyləyir, müəllim siniflə birlikdə yeni informasiyaları təhlil edir, informasiyaları ümumiləşdirir. Müəllim maqnit induksiyasının istiqamətinini təyin edən üsullara aid sxemlər çəkdi, sağ əl qaydasını şəkil üzərində və əl isqamətindən istfadə etməklə izah edir.

Daha sonra bir neçə uşağa fərdi tapşırıqlar verdi.

Qalan şagirdlərlə kitabdakı tapşırıqları işləndi. Müəllim şagirdlərin izahlarını siniflə müzakirə etdi, səhv və doğru məqamlar ayırd edildi, müəllim tərəfindən səhv məqamlar izah edildi.

Fərdi tapşırıqlar işləyən şagirdlərin işi müzakirə edildi, doğru və səhv məqamlar ayırd edildi. İzahat verildi.

Sonda müəllim bütün informasiyaları yenidən sinfin köməyi ilə yenidən ümumiləşdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi