Liseydə görüş
13.04.2016-cı il tarixində liseydə Çexiya Association təhsil mərkəzinin Azərbaycandakı nümayəndəliynin əməkdaşları ilə görüş keçirilmişdir. Görüşün məqsədi Çexiya Respublikasının ali məktəblərində ödənişsiz təhsil almaq üçün IX-XI sinif şagirdlərini maarifləndirmək olmuşdur. Mərkəzin direktoru R.Knoblox ölkəsinin Universitetləri haqqında təqdimat edərək xarici tələbələr üçün hazırlanmış proqramlar, dil kursları, ali məktəblərə qəbul haqqında ətraflı məlumat vermişdir.