Sinif rəhbərlərinin iclası keçirilib

    05 sentyabr 2025-ci il tarixdə liseydə sinif rəhbərlərinin iclası keçirilib. İclası giriş sözü ilə açan Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zeynəb Qasımova müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

    Sonra 2024-2025-ci tədris ilində görulən işlər təhlil edilib və yeni tədris ilində qarşıda duran vəzifələrdən söhbət aparılıb. İclasda sinif rəhbərlərinin tərbiyəvi iş planı müzakirə edilib və təsdiq üçün hazırlanıb.

    Zeynəb Qasımova vurğulayıb ki, təlimdə yüksək nəticə əldə etməyimizdə nizam-intizam böyük rolu oynayır. Ona görə də bu ənənəni qorumalı və sükanı belə saxlamalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi