Özünüdərk, özünüidarə və özünürealizə
11.04.2016-cı il taixdə liseydə Şagird Parlamentinin iclası keçirilmişdir. “Özünüdərk, özünüidarə və özünürealizə” şüarı altında parlamentin işinə start verilmişdir. İlk öncə iclas iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. İclasda parlamentin rəhbərləri, IV-X siniflərdən seçki yolu ilə seçilmiş nümayəndələr, liseyin psixoloqu, UBR və digər fənn müəllimləri iştirak etmiş, demokratik qaydalara, sivil mədəniyyətə əməl edərək qərarlar qəbul olunmuş və nümayəndələr məlumatlandırılmışdır. Liseyin Şagird Parlamentində nazirliklərin və şöbələrin yaradılması, verilən qərarların həyata keçirilməsi nəzərdə tutulmuşdur. İclas iştirakçıları Şagird Parlamentinin liseyin həyatında mühüm rol oynayacağını qeyd etmiş, sual və təklifləri dinləyərək parlamentin qərarlarını yekdilliklə alqışlamışlar.