Oxu texnikasının yoxlanılması

Tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından həlli vacib olan aktual problemləri müəyyənləşdirmək və gələcək fəaliyyət üçün nəzərə almaq məqsədi ilə şagird nailiyyətlərinin izlənilməsi prosesində şagirdlərin ilkin oxu bacarıqlarına yiyələnmə səviyyəsinin öyrənilməsi də önəmli yer tutur. 11.04.2016-cı il tarixdə liseyin 4a (Azərbaycan bölməsi) və 4c(rus bölməsi) siniflərində oxu texnikası yoxlanıldı. Yoxlama prosesində təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Afər və liseyin rus dili və ədəbiyyatı müəllimi Məmmədova Bahar iştirak etdi. Yoxlama zamanı şagirdlərimizin Azərbaycan bölməsində 79%, rus bölməsində 74%-nin səlis oxuma, oxuduğunu şüurla qavrama və düzgün sürət həddinə əməl etmə bacarıqlarının olması aşkarlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi