Şəhidlərin xatirəsi yad edildi
Məlum olduğu kimi son günlərdə işğal altında olan ərazilərimizdə düşmən təxribatının qarşısını igidliklə alan Azərbaycan Milli Ordusu düşmənə sarsıdıcı zərbələr endirməklə yanaşı, onlarla kilometr irəliləyərək strateji əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini geri almışlar. Vətəni qəhrəmanlıqla müdafiə edən Azərbaycan Milli Ordusu itkisiz ötüşməmişdir. 12 nəfər hərbiçimiz vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Təsəllimiz ondan ibarətdir ki, düşmən tərəfdə 100-dən artıq ölən və yaralananlar var. 04.04.2016-cı il tarixdə liseydə həmin şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!