Müəllim ömrü

      04.10.2019-cu ildə liseydə "Müəllimlər günü"-nə həsr olunmuş "Müəllim ömrü" adlı tədbir keçirildi. Tədbirdə müəllim əməyindən, müəllimlik peşəsinin müqəddəsliyindən söz açıldı. Tədbirdə liseyin direktoru Kəmalə xanım Mirzoyeva çıxış edərək onları peşə bayramı münasibəti ilə təbrik etdi və yeni dərs ilində uğurlar arzuladı. Daha sonra şagirdlərin ifasında bir-birindən maraqlı şeir, mahnı, muğam. rəqs, səhnəcik təqdim olundu. 7a və 8a sinfinin təqdim etdikləri "Elmlərin mübahisəsi" adlı səhnəcik maraqla qarşılandı. 

     Sonda 5b sinif şagirdləri müəllimlərə olan sevgilərini özlərinin hazırladığı "Qəzet rubrikası" səhifəsində nümayiş etdirdilər. Tədbirin sonunda o da qeyd edildi ki,bu il Beynəlxalq Müəllim günü lisey üçün xüsusilə yadda qalan oldu. Liseyin kimya müəllimi Nəzmiyyə Qurbanova AR prezidentinin sərəncamı ilə əməkdar müəllim adına layiq görülmüşdür. Liseyin riyaziiyat müəllimləri Səməd Çərkəzov, Əfsanə Əhmədova, Kübra Əmiraslanova və Azərbaycan dili və ədəbiyyat müəllimi Yaqut Salehova BŞTİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir. Biz də bu təbrikə qoşuluruq, müəllimlərimizə daha böyük uğurlar arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi