Ölkəmizi tanıyaq

24-26mart 2016-cı il tarixində Nərimanov rayon məktəbliləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında olmuşlar. Liseyin 10-cu sinif şagirdləri Əhmədova Lamiyə və Vəlizadə Kamran da həmin turda iştirak etmişlər. Məktəblilər hava limanında qarşlanma mərasimindən sonra ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. 4 gün ərzində şagirdlər Naxçıvan şəhərinin, eləcə də Ordubad, Şahbuz və Kəngərli rayonlarının Tarix-Diyarşünaslıq muzeylərində, görkəmli şəxsiyyətlərin ev muzeylərində, müasir tipli orta və ali məktəblərdə, istehsalat müəssisələrində, istirahət mərkəzlərində və digər yerlərdə olmuşlar. Beləliklə, məktəblilər Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olmuş, çox zəngin və xoş təəssüratlarla paytaxta dönmüşlər. Xatırlatmaq lazımdır ki, Nərimanov rayon şagirdlərinə liseyin təşkilat işləri üzrə direktor müavini Zeynəb Qasımova qrup rəhbəri təyin edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi