Valideynin liseydə bir günü
24.05.2019-cu il tarixində liseydə "Valideynin bir günü" adlı tədbir keçirilmişdir. Tədbiri liseyin tərbiyə işləri üzrə direktor müavini Zeynəb Qasımova açmışdır. O, liseyin yaranma tarixi haqqında, pedaqoji heyətin tərkibi və fəaliyyəti haqqında valideynlərə məlumat vermişdir, liseyin uğurlarından söhbət açmışdır. Sonra liseyin psixoloqu Dilbər Ağasıyeva şagirdlərə göstərilən psixoloji xidmətlərdən söz açmış və məktəb-valideyn münasibətləri haqqında danışmışdı.
Tədbirin növbəti mərhələsi liseylə əyani tanışlıq olmuşdur. Sonra valideynlər liseyin direktoru Kamale Mirzoyevanın iştirakı ilə müxtəlif dərsləri müşahidə etmiş və tədbir bədii hissə ilə sona çatmışdır.