İslami dəyərlərin formalaşdırılması

         21.05.2019-cu il tarixində ideoloji maarifləndirmə məqsədilə liseyin tarix müəllimi Şəfiqə Ağayeva məktəblilərin qarşısında mühazirə ilə çıxış etmişdir. O, İslam dininin humanist mahiyyətindən, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olmasından söhbət açmışdır. Mühazirəçi öz çıxışında dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyin zərərli nəticələrini açıqlamışdır. Ş.Ağayeva eyni zamanda dini hadisələrin, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyətindən danışmışdı. Mühazirənin sonunda İslamən görkəmli şəxsiyyətlərinin mənəviyyat, Vətən təəssübü, elm haqqında ibrətamiz fikirlərindən sitat gətirmişdir. Sonra liseyin fizika müəllimi Mirac Kazımova çıxış edərək şagirdlərə İslam dininin elmi tərəfini öyrənməyi tövsiyə etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi