Dibçək güllərinin bir günlük həyatı

    03.05.2019 cu il tarixində liseydə Ulu ÖndərHeydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Dibçək güllərinin bir günlük həyatı" adlı tamaşa nümayış etdirilmişdir. Tamaşanın ssenari müəllifi liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamara Məmmədovadır. Əsərdə dibçək güllərinin əhəmiyyətindən, onların saxlama qaydalarından, Azərbaycanın Qarabağ bölgəsində bitən çıçəklərin və dərman bitkilərinin xüsusiyyətlərindən çıçəklərin öz dili ilə danışılmışdır. Ziyanverici həşəratların və digər böcəklərin həyat tərzindən maraqlı faktlar açıqlanmışdır. Burada ədəbiyyat, biologiya, tarix və musiqi fənlərinin inteqrasiyası uğurla həyata keçirilmişdir. Tədbir Vb sinif şagirdlərinın   iştirakı ilə hazırlamışdı. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndələri  iştirak etmişlər. Tədbirin sonunda qonaqlar "kiçik aktyorları" gətirdikləri heyvanlar haqqında kitablarla təbrik etmişlər. Tədbir təbiətimizi sevmək və qorumaq yolunda ekologiya liseyinin daha bir uğurlu işinə imza atmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi