Gəlin birgə oxuyaq!
21.04.2019-cu il tarixində Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Gənclər Fondu və "Hədəf Nəsrləri"-nin tərəfdaşlığı ilə "Gəlin birgə oxuyaq!" şüarı altında Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən park ərazisində "Oxu günü" tədbiri keçirilib.
Liseyin Əməkdar müəllimi Qəmər Tağıyevanın dərs dediyi 4a sinif şagirdləri oxu günü ilə əlaqədar "Şəngülüm, Şüngülüm, Məngülüm" nağılının səhnələşdirilmiş tamaşasını nümayiş etdirdilər. Bu səhnədə Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm,Məngülüm" poemasından da istifadə etmişdilər. Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov uşaqların çıxışını yüksək qiymətləndirmiş və uşaqlara təşəkkürünü bildirmişdir.