“Məktəblərdə maliyyə savadlılığının təşviqi” layihəsinin bağlanış mərasimi

    29.03.2019-cu il tarixində liseydə “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”-nin qalibi olmuş “Məktəblərdə maliyyə savadlılığının təşviqi” layihəsinin bağlanışı olmuşdur. Bağlanışda AR Təhsil Nazirliyinin əməkdaşı Hüseyn Mirzəyev, BŞTİ-nin ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin sədri Sevinc Məmmədova 39№li tam orta məktəbin direktoru Tahirə Şükürova, 47№li tam orta məktəbin direktoru Aytən Bağırova, 82№li tam orta məktəbin direktoru Lalə Fətiyeva, 193№li tam orta məktəbin direktoru Rəhim Hüseynov, Tərəqqi texniki-humanitar liseyin direktoru Nasim Abışov, 200№li MLK-nın direktoru Fuad Babayev iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Kəmalə Mirzoyeva bu layihəyə qoşularaq məktəbdə sözü gedən layihəni tədris etdikləri üçün 39, 47, 82, 193№li tam orta məktəblərin direktorlarına öz təşəkkürünü bildirdi. Tədbirdə AGN-nin sədri Sevinc Məmmədova şagirdlərlə sual-cavab edərək onların layihə ilə bağlı fikirlərini söyləmələrini təklif etdi. Şagirdlərin bir-birlərindən fərqli maraqlı fikirləri səsləndi. Bağlanış mərasiminin sonunda BŞTİ-nin ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov layihənin şagirdlərimiz üçün dəyərli töhfə olduğunu və “Mənim büdcəm” maliyyə savadlılığı üzrə vəsaitin daha geniş tirajla nəşr olunaraq yayılmasını tövsiyə etdi.

    Sözügedən tədbirdə liseyin direktoru Kəmalə Mirzoyeva ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işlərindən də danışdı.

Liseyin coğrafiya müəllimi Səadət  Kərimova Azərbaycanın iştirakı ilə  beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsindən söhbət açdı və çıxışını Ulu öndər Heydər Əliyevin sözləri ilə bitirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi