Liseydə mühazirə
28.02.2019-cu il tarixində liseydə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi mövzusunda liseyin tarix müəllimi Şəfiqə Ağayeva IX-X sinif şagirdlərinə mühazirə oxumuşdur. O, ölkəmizdə gedən islahatlardan, əhalinin sosial rifahının günbəgün yaxşılaşmasından, beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından söhbət açmışdır. Mühazirənin sonunda şagirdləri maraqlandıran suallara cavab vermişdir.