İlk dərs Xocalı soyqırımına həsr olundu
26.02.2016-cı il tarixində liseydə ilk dərs Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmişdir. Dərslərdə aşağıdakı məsələlər əhatə olunmuşdur: Xocalı soyqırımı erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi kimi, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası, Xocalı soyqırımında iştirak edən qüvvələr, Xocalı qəhrəmanları, Xocalı soyqırımının dünya icmaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti, Xocalı soyqırımı dünya mətbuatında, Xocalı soyqırımını tanıyan ölkələr.Yekun olaraq liseydə Xocalı soyqırımına həsr edilən şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.