Vətənin müdafiəsinə hazıram

25.02.2016-cı il tarixində liseydə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş adlı “Vətənin müdafiəsinə hazırıq” adlı tədbir keçirilmişdir. Tədbirdə liseyin direktoru Sevinc Orucova, təlim-tərbiyə işləri üzrə direktor müavini Afər Əliyeva və digər fənn müəllimləri iştirak edirdilər. Liseyin 7,8,9-cu sinif şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndi, səhnəciklər ifa edildi, həmin anları yaşadan videoçarxlar nümayiş etdirildi. Nümayiş olunan videoçarxlarda faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası, Xocalı şəhərinin tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalisinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi –mədəni abidələri, görkəmli şəxsiyyətləri, Milli Qəhrəmanları və s.haqqında məlumatlar öz əksini tapmışdı. Tədbirdə çıxış edən tarix müəllimi Şəfiqə Ağayeva o günləri yada salaraq acı xatirələrini məktəblilərlə bölüşdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi