Valideynin Məktəbdə Bir Günü

    20.02.2019-cu il tarixində liseydə "Valideynin Məktəbdə Bir Günü" layihəsi həyata keçirilmişdir. Tədbirin rəsmi açılışı saat 9:00-da elan olunmuşdur. Layihə çərçivəsində liseydə orta və yuxari sinif blokunda təhsil alan şagirdlərin valideynləri liseyi ziyarətə gəlmiş, saat 9:30-10:15-ə dək liseyin kitabxanası, yeməkxanası, sinif otaqları, akt zalını gəzərək, övladlarının təhsil aldıqları müəssisə ilə daha yaxından tanış olmuşlar.Saat 10:15-dən 11:00-dək valideynlər liseydə keçirilən dərsləri müşahidə etmişlər. Liseyin kimya müəllimi Məhəbbət Həsənova, tarix müəllimi Ziyafət Nəcəfova, coğrafiya müəllimləri Səadət Kərimova və Rəhilə Hacıyeva və liseyin rus dili müəllimi İvetta Qarbaçova və liseyin ibtidai sinif müəllimi Qəmər Tağıyeva valideynlərin müşahidəsi altında açıq dərs keçirmişlər. Saat 11:00-12:00-dək liseyin akt zalında valideynlər üçün seminar keçirilmişdir.12:00- 13:00-dək Xocalı Soyqırımının 27-ci ildönümünə həsr edilmiş "Xocalı yurdunun cəngavərləri, döyüşə səsləyir igid ərləri" adlı bədii hissə ilə  "Valideynin Məktəbdə Bir Günü" layihəsi başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi