“Biz dilçilərik” adlı bilik yarışması

24.02.2016-cı il tarixində liseydə 21 fevral-Beynəlxalq Ana dili gününə həsr olunmuş “Biz dilçilərik” adlı intellektual yarışma keçirilmişdir. Tədbir liseyin Ana dili və ədəbiyyatı aylığının silsilə tədbirlərinin davamı olaraq təşkil edilmişdir. Bu bilik yarışması müasir dünya görüşü aşılayan suallarla başlamış, Azərbaycan dilçiliyinin müxtəlif bölmələrini əks etdirən suallarla davam etmişdir. Gərgin bilik uğurunda mübarizə 5a və 7a sinifləri arasında getmişdir. Hər iki sinfin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamara Məmmədova “Fonetika” , “Leksika”, “Söz yaradıcılığı”, “Morfologiya” bölmələri üzrə “səyahətə” çıxmış “Aspekt” və “Morfos” komandaları adı altında valideyn və müəllimlərə, liseyin şagirdlərinə həyəcanlı anlar yaşatmışdır. Münsiflər heyətinin tərkibində olan liseyin direktoru Sevinc Orucova, təlim-tərbiyə işləri üzrə direktor müavini Afər Əliyeva, tarix müəllimi Şəfiqə Ağayeva, musiqi müəllimi Gülbəniz Muxtarova və Abşeron rayonu Masazır kənd 2 № li orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kəmalə Əliyeva yarışmanın bütün mərhələlərini obyektiv qiymətləndirmişlər. Sonda liseyin direktoru Sevinc Orucova hər iki komandanı yarışmaya qatıldığına görə qalib hesab etmiş və onlara gələcəkdə uğurlar diləmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi