Şəhid Mahir Mirzəyevin anadan olmasının 25-ci ildönümü

    18 fevral 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə, Gənc Vətənpərvərlər Birliyi sədrinin müavini, Qarabağ qazisi, polkovnik-leytenant İslam Əzimov, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, bir çox şəhid ailələri, fəal gənclər və məktəblilər iştirak etmişlər.Tədbirin sonunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş basketbol üzrə rayon turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Liseyin oğlanlardan ibarət basketbol üzrə yığma komandası II, qızlardan ibarət yığma komandası III yer tutmuşdur. Liseyin məşqçi-müəllimi Murad Mehtiyev diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi