Ana dili və ədəbiyyatı aylığının növbəti açıq dərsi
23.02.2016-cı il tarixində liseyin 7-ci sinfində Ana dili və ədəbiyyatı aylığının qrafikinə daxil olan növbəti açıq dərs keçirilmişdir. Açıq dərsin mövzusu Eston xalq nağılı “Xeyirxah odunçu” nun məzmunu və təhlili olmuşdur. Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tamara Məmmədova dərsi fənn kurikulumlarının tələbi üzrə müxtəlif texnika və formalarla zənginləşdirmiş, şagirdlərin bacarıqlarının üzə çıxması istiqamətində aparmışdır. Peşəkar fasilitator kimi müəllim şagirdlərin öz işlərinin müzakirəsinə yer vermiş, nağılda və müasir həyatımızda xeyirxahlıq anlayışlarını müqayisəyə cəlb etmişdir. Açıq dərsdə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Afər Əliyeva və digər fənn müəllimləri iştirak etmişdir.