LİSEYİN NÖVBƏTİ UĞURU

Məlum olduğu kimi fevralın 11-də AR Təhsil Nazirliyi, AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd”in təşkilatçılığı ilə “Sabahın alimləri” IV Respublika Müsabiqəsinə start verilmişdir. Lisey Müsabiqədə aktuallığı və orijinallığı ilə fərqlənən 3 tədqiqat işi ilə təmsil olunurdu. 9-cu sinif şagirdləri Məmmədova Fidan və Əsgərova Heyran tibb və sağlamlıq nominasiyası üzrə “Stressdən qurtaran cihaz” (elmi rəhbər Ağasiyeva Dilbər), Nağızadə Elşən kompyuter elmləri nominasiyası üzrə “LİNUX bazasında ENE əməliyyat sistemi” (elmi rəhbər Ələsgərova İradə) və 10-cu sinif şagirdləri Hümbətov Engil, Kazımov Ramil (elmi rəhbər Kazımova Mirac) fizika nominasiyası üzrə “Elektromaqnit şüaların canlı orqanizmlərə mənfi təsiri və bu şüalanmanın qarşısının alınması yolları” layihələri ilə çıxış etmişlər. Birinci layihənin müəllifləri stressdən qurtulmaq üçün özlərinin icad etdikləri “Hefilo” cihazından istifadə etməyi məsləhət bilirlər. “LİNUX bazasında ENE əməliyyat sistemi” layihəsi də orijinallığı ilə fərqlənirdi. Ümumdünya Hörümçək Şəbəkəsində yetərincə məhşur olan bu əməliyyat sisteminə Nağızadə Elşən öz yeniliklərini əlavə edərək göstərir ki, istifadəçi bu əməliyyat sistemini quraşdırmaqla həm vaxtına qənaət etmiş olar, həm də müxtəlif proqramlar əldə edə bilər. Bura antivirus, məktəblilər üçün fizika, kimya, riyaziyyat fənləri üzrə tətbiqi proqramlar daxildir. “Elektromaqnit şüaların canlı orqanizmlərə mənfi təsiri və bu şüalanmanın qarşısının alınması yolları” adlanan 3-cü layihədə müəlliflər apardıqları təcrübədən sonra belə qənaətə gəliblər ki, daş duz (NaCl), çəmənotu (üzərlik) və qurğuşun (Pb) elementlərinin nanohissəciklərini düzəltməklə örtük (karbo) əldə etmək olar. Bu da təxminən 70-80% effekt deməkdir. Sevindirici haldır ki, müsabiqəyə 8 nominasiya üzrə təqdim olunmuş 129 layihə arasında liseyi təmsil edən şagirdlərin 3 layihəsindən ikisi öz layiqli yerini tutmuşdur. Beləki, Məmmədova Fidan və Əsgərova Heyranın təqdim etdikləri layihə II yerə layiq görülmüşdür. Nağızadə Elşən isə İntel Beynəlxalq Sertifikatı almışdır. Onu da qeyd etmək lazımdır ki, “Sabahın alimləri” Müsabiqəsi ilə bağlı Təlim Akademiyasında liseyimizin direktoru Sevinc Orucova, fizika müəllimi Mirac Kazımova, psixoloqu Dilbər Ağasiyeva sertifikata layiq görülmüşlər.Hümbətov Engilə və Kazımov Ramilə müsabiqədə iştirak etdiklərinə görə sertifikat təqdim edilmişdir. Qalibləri təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi