1 news.az informasiya agentliyi 291 № li Ekologiya liseyinin qonağı oldu

Bu günlərdə 1 news.az informasiya agentliyinin müxbirləri liseydə olmuş və paytaxtın ən gənc məktəb direktorlarından biri olan 31 yaşlı Sevinc Orucova və onun rəhbərlik etdiyi 291 № li Ekologiya liseyi haqqında reportaj hazırlayaraq öz saytlarında yerləşdirmişlər. Hazırladıqları materialda ilk öncə oxucunun nəzərinə bu təhsil ocağının təsadüfən seçilmədiyi çatdırılır və sonra bunun səbəbi açıqlanır. 2015-2016-cı dərs ilində liseyi bitirən 43 məzundan 42-si ali məktəblərə qəbul olmuşdur. 21 nəfər 500-dən yuxarı, onlardan 10-u 600-dən, 4-ü isə 650-dən yuxarı bal toplamışlar. Təhsil Nazirliyinin ilk dəfə keçirdiyi “Bu Günün və Sabahın Direktorları” təlim kurslarında yüksək nəticə göstərərək liseyə direktor təyin olunmuş Sevinc Orucovanın liseyə qədərki fəaliyyətinə də nəzər salınmış , direktorun Bakının 52, 158 nömrəli məktəblərdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksindəki pedaqoji fəaliyyəti haqqında məlumat verilmişdir. Sevinc Orucovadan alınan müsahibədə təhsil prosesindən, sosial və tədris yönümlü tədbirlərdən, sağlam psixoloji mühitdən, əldə edilmiş uğurlardan, valideynlərlə sıx əməkdaşlıqdan bəhs edilmişdir. Müsahibənin sonunda liseyin direktoru gələcəkdə liseyin texniki –bazasının möhkəmləndirilməsinin arzusunda olduğunu bildirmişdir. Liseyin fəaliyyəti ilə bağlı fotoşəkillər çəkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi