Əbədiyyətə qovuşan ömür

12.01.2018-ci il tarixində liseyin Uşaq birliyi rəhbəri Ətlaz Zeynalovanın təşkilatçılığı ilə türk dünyasının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyyətə qovuşan ömür" adlı tədbir keçirildi.Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayış olundu. Eyni zamanda şagirdlər bu dahi şəxsiyyətə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Şagird və müəllim kollektivi onun unudulmaz xatirəsinə hörmət əlaməti olaraq fəxri guşənin önünə çiçək dəstələri qoydular. Şagirdlər vətəni, xalqı məhz onun kimi sevəcəklərinə and içdilər. Liseyin təşkilatı işlər üzrə direktor müavini Zeynəb Qasımova  Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz xidmətindən bəhs etdi. O, Heydər Əliyev kursunu layiqincə davam etdirən möhtərəm prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açdı və hər birimizi onun ətrafında sıx birləşməyə səslədi. Tədbir Ağadadaş Ağayevin ifasında, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" mahnısı ilə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi