Kiçik Akademiyanın Nərimanov rayonu məktəblərarası II seminarı

06.12.2018-ci il tarixində liseydə Kiçik Akademiyanın Nərimanov rayonu üzrə məktəblərarası II seminarı keçirilmişdir. Seminarda 34№-li tam orta məktəbin direktoru Rəhman Hacıyev, 36№-li tam orta məktəbin biologiya müəllimi Gülbəniz Qocayeva və şagird heyəti, 47№-li tam orta məktəbin direktoru Aytən Bağırova, 57№-li tam orta məktəbin direktoru Gülnarə Cəfərova, 202№-li tam orta məktəbin biologiya müəllimi Yeganə Mirzəyeva, 212№-li tam orta məktəbin direktoru Məlahət Rəhimova, Bakı Şəhər üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sevinc Əzimova və liseyin direktoru Kəmalə Mirzoyeva, müəllim və şagird heyəti iştirak etmişdir.

Liseyin 9-cu sinif şagirdi K. Əzizovun tarda ifa etdiyi "Qarabağ şikəstəsi ilə başlayan seminarda 57№-li məktəbin 9-cu sinif şagirdi L.Əhmədzadə "Bal arısı və onun möcüzəvi məhsulları", 202№-li məktəbin 8-ci sinif şagirdi  Y. İsgəndərova "Vəşi heyvanların azad yaşamalarına mane olmayaq" mövzusunda, 36№-li məktəbin 9-cu sinif şagirdləri Ü. İsmayılova və N. Abdullayeva "Heyvanlarda duyğu orqanları", 47№-li məktəbin 8-ci sinif şagirdi R. Həsənov və N. Süleymanlı "Nəsli kəsilmiş heyvanlar" mövzusunda çıxış etdilər.

Çıxışlar arası liseyin 7-ci sinif şagirdi N. Kərimli xalq mahnısı "Aman ovçu" və "Yaşa Azərbaycan" mahnısını ifa etdi. Liseyin 9-cu sinif şagirdi R.Məmmədzadənin ifası böyük alqışlara səbəb oldu. Maraqlı diskussiya şəraitində keçən seminarın sonunda gələn qonaqlar öz arzu və təkliflərini irəli sürdülər. Seminarda təklif olundu ki, liseydə  fəaliyyət göstərən Kiçik Akademiya Nərimanov rayonu üzrə regional mərkəz olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi