Kiçik Akademiyanın Nərimanov rayonu məktəblərarası I seminarı

4 dekabr 2018-ci il tarixində liseydə Kiçik Akademiyanın Nərimanov rayonu məktəblərarası I seminarı keçirildi. Seminarda Nərimanov rayonunun məktəb direktorları Kəmalə Mirzoyeva (291№-li Ekologiya liseyi), Tahirə Şükürova (39№-li tam orta məktəb), Leyla Fətiyeva (82№-li tam orta məktəb), Günel Xanlarova (177№-li tam orta məktəb), 258№-li tam orta məktəbin kimya-biologiya müəllimi Fəridə Həmidova, eləcə də Bakı Şəhər üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova iştirak etmişlər. Seminarda 39№-li məktəbin 11-ci sinif şagirdi Şıxməmmədbəyova Simuzər "Heyvanların bioexolokasiyası" mövzusunda çıxış etdi. Liseyin 11-ci sinif şagirdi Hüseynov Fərman "Zirə ilançılıq kombinatının bağlanılmasının mənfi cəhətləri" haqqında maraqlı məruzə etdi. 82№-li məktəbin şagirdləri Hüseynquluyeva Aysu və Sadıqlı Cavid (müəllim - Aygün Cavadova) "Biolüminisensiya" mövzusunda maraqlı çıxış etdilər. 177№li məktəbin şagirdi Əliyeva Ətlas "Xəzər dənizinin bioloji ehtiyatları" mövzusunda çıxış etdi. Sonuncu olaraq 258№-li məktəbin şagirdi Novruzlu Nigar "Cənnət Qarabağda itirdiklərimiz"  mövzusunda maraqlı çıxış etdi. 82№-li məktəbin şagirdləri Sadıqov Asiman, Həmzəyev Hafizin muğam ifaları, liseyin 9-cu sinif şagirdi Məmmədli Rəhimənin klassik musiqi ifası, 258-li məktəbin şagirdi Əsədullayeva Sevilin "Qızıl üzük" romansının ifası  iştirakçıların böyük marağına səbəb oldu. Seminarın sonunda iştirakçılara Kiçik Akademiyanın rəhbəri Məmmədov Ariz tərəfindən təqdirnamələr təqdim edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi