“Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”
18 oktyabr 2018-ci il tarixdə liseyin akt zalında tarix müəllimi Ağayeva Şəfiqə 9 “Ç” sinif şagirdlərinin iştirakı ilə 18 oktyabr “Milli Müstəqillik Günü”nə həsr edilmiş mühazirə keçirmişdir. Mühazirədə Ş.Ağayeva xalqımızın müstəqillik uğrunda keçdiyi yoldan, bu yolda qazanılan uğurlardan bəhs etdi. O, bildirdi ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik qazanmışdır. 1918-ci ildə qazanılan müstəqilliyimizin 23 ay yaşamasına baxmayaraq böyük işlər görülmüşdür. Ş.Ağayeva onu da qeyd etdi ki, bəli, azadlığın dadın duyan xalq müstəmləkə rejimində yaşaya bilməzdi. 1991-ci ilin 18 oktyabrında xalq yenidən öz azadlığına qovuşdu. Azərbaycan xalqı bütün dünyaya çatdırdı ki, bu xalqın iradəsin əzmək olmaz. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi bu xalqın həyatında əsl bir dönüş nöqtəsi oldu. Bu dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz möhkəmləndi.
Sonda şagirdlərin bir birindən maraqlı sualları cavablandırıldı. Mühazirə Ümummilli liderin: “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır” süarı ilə yekunlaşdı.