"Hərb və sülh"

        21 senytabr 2018-ci il tarixdə liseydə ilk dərslər Beynəlxalq Sülh gününə həsr edilmişdir.

        Eyni zamanda Beynəlxalq Sülh günü ilə bağlı Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ilə (YGGMİB) birgə "Hərb və Sülh" adlı dəyirmi masa təşkil edilmişdir. İlk çıxışı liseyin təşkilatı işlər üzrə direktor müavini Z.Qasımova etmişdir. O, tədbirin qonaqlarını, müəllim və şagirdləri salamladıqdan sonra iştirakçılara keçirilən mövzu ilə bağlı məlumat vermişdir. Növbəti söz YGGMİB-nin sədr müavini Asəf Cabbarlıya təqdim olunmuşdur. O, çıxışında belə bir tədbir keçirtdiyimiz üçün liseyə öz adından dərin minnətdalıq bildirmişdir. Təşkilatın 2013-cü ildən fəaliyyət göstərdiyindən, təşkilatın keçirdiyi tədbirlərin əsas məqsədinin gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların pis əməllərdən uzaq olması və onların idmana maraqlarının artırılması ilə əlaqədar olmasını bildirmişdir. Sonda sözlərini "sülh-bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur" cümləsi ilə yekunlaşdırmışdır. Daha sonra YGGMİB-nin katibi T.Mustafayev ölkəmizin cəlb olunduğu müharibələrdən, insanların sülh şəraitində, müharibəsiz yaşamağa ehtiyacı olduğundan danışdı. Həmin ictimai birliyin fəal üzvü Ş.Hənifəyeva da çıxış edərək bu gün ölkəmizdə müharibənin sülh yolu ilə həll olunması üçün Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin həm xaricdə, həm də ölkəmizdə təqdirəlayiq hal kimi qəbul edildiyindən bəhs etdi. Qonaqlardan sonra söz alan liseyin tarix müəllimi Ş.Ağayeva bu haqda daha ətraflı məlumat verərək şagirdlərə sülh və əminamanlıq içində xoşbəxt həyat arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi