Hüquqlarımızı necə müdafiə etməli?
19 sentyabr 2018-ci il tarixdə liseyimizde 6, 7 və 8 ci sinif şagirdləri ilə Beynəlxalq sülh gününə həsr edilmiş mühazirə keçirilmişdir. Mühazirəni giriş sözü ilə liseyin təşkilatı işlər üzrə müavini Zeynəb qasımova açaraq sülh gününün yaranma tarixindən, dünya ölkələrində bu gününün qeyd olunmasından danışmışdır. Liseyin psixoloqu Dilbər Ağasıyeva münaqişə, yoxsulluq və aclığa qarşı, hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsi üçün çağırışlar edərək söhbəti davam etdirmişdir. Liseyin tarix müəllimi Şəfiqə Ağayeva isə "Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də milyardlarla insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur. Azərbaycan xalqı sülhsevər xalqdır. Xalqımız heç vaxt başqa dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməyib, heç kəsin torpağına göz dikməyib. Lakin tarixi torpaqlarımız işğalçı müharibəyə məruz qalıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli ordusu var. Reallıqda dərk edilməsə də, Azərbaycan münaqişənin həllinin sülh yolunu tutmaqla əslində sülhə sadiq olduğunu çoxdan sübut edib" sözləri ilə tədbiri davam etdirmişdir. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.