Milli qəhrəmanlarımız and yerimizdir
18.01.2016-ci il tarixdə liseydə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Milli qəhrəmanlarımız and yerimizdir” adlı tədbir keçirilmişdir. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Faciənin dəhşətlərini əks etdirən slaydlar təqdim edildikdən sonra tədbirdə iştirak edən müəllim və valideynlər o qanlı-qadalı günlərə qayıdaraq öz fikir və mülahizələrini söyləmişdilər. Şagirdlər də müzakirəyə qatılaraq hadisələrə münasibətlərini bildirmişlər. Onu da qeyd etmək lazımdır ki, məktəblilər tədbirə “20 Yanvar faciəsi uşaqların gözü ilə “ mövzusunda çəkdikləri rəsm əsərləri ilə gəlmişdilər. Tədbirə dəvət olunmuş Nərimanov rayon 20 Yanvar Şəhid Ailələri Cəmiyyətinin sədri Müxəstə Həsənova və 20 Yanvar əlili Kamil Qazıyev çıxış edərək şagirdlərə qanlı şənbə gecəsində xalqımıza qarşı törədilən vəhşiliklərdən danışdılar və şagirdlərə belə tarixi hadisələri heç vaxt unutmamağı, həmçinin gələcəkdə vətənimizə layiqli övlad olmağı tövsiyə etdilər.Liseyin direktoru Sevinc Orucova qonaqlara şagirdlər qarşısındakı dolğun çıxışlarına görə və vaxt tapıb tədbirə gəldiklərinə görə öz minnətdarlığını bildirdi.