“15 may Beynəlxalq Ailə günü” münasibəti ilə dəyirmi masa
15 may 2018-ci il tarixdə liseyin psixoloqu Ağasıyeva Dilbər “15 may Beynəlxalq Ailə günü” münasibəti ilə 9-10-cu siniflərlə dəyirmi masa keçirmişdir, “Möhkəm ailə güclü dövlət deməkdir” şüarı altında gənclərə fikirlərini bildirməyə çalımışdır. Dəyirmi masada aşağıdakı suallar müzakirə edilmişdir:
- Möhkəm ailənin əsasını nə təşkil edir?
- Ailələrdə hansı milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq?
- Ailənin möhkəmliyi üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
- Səncə ailə məhəbbət üzərində, maddiyyat üzərində yoxsa valideynlərin məsləhəti ilə qurulsa yaxşıdır?
- “Uşaqlar ailənin güzgüsüdür” fikri ilə razısanmı? və s. suallar əsasında çox geniş müzakirələr aparılmışdır.
Müzakirənin sonunda belə bir nəticə əldə olundu ki, qüdrətli, güclü dövlətin təməli sağlam, möhkəm, davamlı ailələrdir.