Kiçik Akademiyanın növbəti seminarı

15 may 2018-ci il tarixdə liseydə Kiçik Akademiyanın 30-cu seminarında mövzu etibarı ilə fərqli çıxışlar oldu. Birinci olaraq 10 “C” sinif şagirdi Allahverdiyev Sahib “Samuraylar” mövzusunda çox maraqlı təqdimat etdi. Seminarların tarixi, onların məqsədi, silahları, həyatları haqqında nümayiş etdirilən slaydlar iştirakçılarda böyük maraq oyatdı. İkinci olaraq Rzayev Firuddin komputer sahsində istifadə olunan yeni iş sistemləri haqqında danışdı. Sonda Osman Zaharna kubik-rubikin tarixi haqqında məlumat verdi və kiçik yarış keçirildi. Yarışda 10 “C” sinif şagirdi Balakişiyev Elmar, 8 “C” sinif şagirdi Zaharna Osman və Balakişiyev Elmar qalib gəldi. Bütün təqdimatçılar elmi işlərinin hazırlanmasında böyük əməyi olmuş tarix müəllimi Nəcəfova Ziyafət xanıma öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi