“Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin III Ekoloji Forumu keçirilib
12 may 2018-ci il tarixində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə “Yaşıl şəbəkə”- Ekoklub üzvlərinin III Ekoloji forumu keçirilib. Forumda eloklub üzvləri illik hesabatıarını slayd şəklində təqdim etdilər. Liseyimizin "Bal ariları" adlı ekoklubun üzvləri də formda iştirak etmişdirlər. Ekoklubun lideri Vəfa Allahverdiyeva ekoklub üzvlərinin il ərzində gördüyü ekoloji işlərin hesabatını layiqincə təqdim etdi.
III Ekoloji Forum ilk dəfə 1923-cü ildə Bakıda “Təbiəti sevənlər” dərnəyinin yaradılması ilə başlanan Azərbaycanda gənc təbiətçilər hərəkatının 95 illiyinə həsr olunub. Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabr ayından etibarən Bakı şəhərinin orta məktəblərində yaradılan ekoloji klublarda müasir innovativ təlim texnologiyaları tətbiq olunmaqla yeni ekoloji modul təhsil proqramları tədris edilib. “Ekoklub” üzvləri ekologiyanın əsaslarını öyrənərək, ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi sahəsində xüsusi bilik və bacarıqlara yiyələniblər.
Tədbirdə Baki Dövlət Universiteti tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva, Təhsil Nazirliyi məkdəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılıgı sektorunun müdiri Ayla Həsənova, BDU Ekologiya və Torpaqşünaslıq fakultəsinin dekanı, professor Nazim Şəmilov, WWF-in Azərbaycan nümayəndəliyin direktoru Elşad Əsgərov, Təhsil Naziriyi Respublika Uşaq və Gənclər İnkişaf Mərkzəzinin direktoru, dosent, Ekologiya üzrə fəlsəfə doktoru Firuza Sultan-zadə çıxış ediblər.
Forumun proqramı çərçivəsində ekoklub liderlərinin illik hesabatı dinlənilib, yeni fəaliyyət planları müzakirə edilib və flashmob təşkil olunub.