Heydər Əliyevin 95-illiyinə həsr olunmuş təqdimat mərasimi
05 may 2018-ci il tarixdə liseyin tarix müəllimi Z.E.Nəcəfovanın rəhbərliyi ilə 8 “C” sinfində bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin 95-illiyinə həsr olunmuş İNTEL proqramı əsasında hazırlanmış layihənin təqdimat mərasimi keçirilmişdir. Proqramın tələblərinə uyğun olaraq şagirdlər üç qrupa bölünmüş və qrup öz üzərinə düşən tapşırığı məharətlə yerinə yetirmişdir. 1-ci qrup Ulu öndərin həyat və fəaliyyəti haqqında dolğun təqdimat hazırlamış, 2-ci qrup onun həyatında tarixi faktlar göstərməklə bukletlər düzəltmiş, 3-cü qrup isə özlərinin gördükləri işlə bağlı veb sayt yaratmışdır. Bu saytda şagirdlərin böyük Heydər Əliyevin məzarını ziyarət edərkən çəkdirdikləri fotoşəkillər liseyin Kiçik Akademiyasının seminarında R.İbrahimovanın və F.Hüseynovun elmi çıxışlarının müdafiəsindən görüntülər öz əskini tapmışdır. Onu da xatırlatmaq lazımdır ki, hər iki şagirdin müdafiəsi Z. Nəcəfovanın rəhbərliyi ilə baş tutmuşdur.
Layihədə liseyin 8 “B” sinif şagirdi R. Məmmədzadə böyük Heydər Əliyevin sevimli mahnılarından olan “Alagöz” mahnısını səsləndirdi, liseyin digər şagirdi Ş.Tağıyeva “Uzundərə” rəqsini ifa etdi. Layihənin təyin olunmuş kriteriyalarına əsasən Ziyafət müəllimə hər üç qrupun işini qiymətləndirdi və layihənin sonuna yaxın dahi Heydər Əliyev haqqında öz fikirlərini bildirərək söylədi: "O, öz cəsarəti, istedadı, böyük vətənpərvərliyi ilə Azərbaycan xalqını, Azərbaycan Respublikasının möhkəmlənməsi, suverinliyi və müstəqilliyi uğrunda birliyə səsləmiş və ruhlandırmışdır. Heydər Əliyevin ideyaları bu gün Prezident İlham Əliyevin fəaliyyətində öz əksini tapmışdır. Mən inanıram ki, bu günləri görmək Heydər Əliyevə nəsib olsaydı, o müasir Azərbaycanla fəxr edərdi".
Layihədə iştirak edən qonaqlar BŞTİ inkişaf layihələri sektorunun müdiri Anar Qədimaliyev, 193 №-li məktəbin direktoru R.Hüseynov, 39 №-li məktəbin direktoru T. Şükürova, 178, 304, 36 №-li məktəblərin tarix, Azərbaycan dili və ədəbiyyat müəllimləri öz dəyərli fikirlərini bildirmişdirlər.
Sonda liseyin direktoru Kəmalə Mirzoyeva çıxış edərək maraqlı layihəyə görə liseyin tarix müəllimi Ziyafət Nəcəfovaya öz minnətdarlığını bildirdi, həmçinin gələn qonaqlara da dəvəti qəbul edib layihədə iştirak etdiklərinə görə təşəkkür etdi.