Faşizm üzərində qələbədə Azərbaycanın rolu
08 may 2018-ci il tarixində liseyimizin Kiçik Akademiyasının 29-cu seminarı keçirilmişdir. Seminarda 7 “C” sinif şagirdləri Bajayev Dmitri “Barbarossa planı”, “Reystaqın alınması” mövzusunda, Hüseynov Məhəmməd “Kurs döyüşü”, Əmirov Əmir isə “Leninqradın müharibəsi” mövzusunda maraqlı çıxışlar etdilər. Müzakirədə ingilis dili müəllimi Anna Aleksandrovna, təşkilat işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Qasımova Zeynəb, biologiya müəllimi Zöhrabova İradə fəal iştirak etmişdirlər. Tədbir hərbi mahnıların sədaları altında aparıldı.
Bu seminarda 7 “C” sinif şagirdləri Nəzrin və Şirin öz rəsm əsərlərini də təqdim etdilər. Onların yağlı boya əsərləri böyük marağa səbəb oldu.